Mobil versiya
Azərbaycanda istilik xidmətlərinin qiyməti qalxacaq
Tarix: 22-11-2016 | Saat: 12:08
Bölmə:Gündəm / Karusel | çapa göndər



Bu barədə “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.

ASC rəsmisi qeyd edib k, isti suyun dövlət tərəfindən tənzimlənən xidmətlərin siyahısından çıxarılması onun qiymətinin yenidən formalaşdırmasına imkan verəcək.

“İsti suyun qiyməti əhali üçün 1 kub metrə 40 qəpik müəyyənləşmişdi. May ayında soyuq suyun tarifləri müəyyənləşənə qədər biz soyuq suyu 1 manata alırdıq, qızdırıb 40 qəpiyə satırdıq. May ayında isə “Azərsu” ASC-nin müraciəti əsasında 1 kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik müəyyənləşdi və bura kanalizasiya xidmətləri də əlavə edilir. Biz soyuq suyun qiymətini və onu qızdırmaq üçün sərf olunan xərcləri və cuzi də qurumun gəlirini qoyub qiymət müəyyənləşdirəcəyik”.

R.Əliyev qeyd edib ki, yaxın günlərdə isti suyun əhali üçün qiyməti müəyyənləşəcək.

“Hələlik bunun üzərində iş gedir, hesablamalar aparılır, qiymət hökümətlə razılaşdırıldıqdan sonra ictimaiyyətə açıqlanacaq. Bu, istilik təhcizatının fəaliyyətinin sağlamlaşdırılmasına xidmət edəcək ki, idarə zərərlə işləməsin və tədricən gəlir gətirən təşkilata çevrilsin”.

Qeyd edək ki, Nazirlər Kabineti "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nda dəyişiklik edib.

Dəyişikliyə əsasən isti su qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı çıxarılıb. Bu qərar 1 yanvar 2017-ci ildən qüvvəyə minəcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024