Mobil versiya
Qağayı gülüşü
Tarix: 21-11-2016 | Saat: 17:10
Bölmə:Seçilənlər-5 | çapa göndər




1991-ci il noyabrın 20-də bütün ölkəni silkələyən Qarakənd faciəsindən 25 il ötür. Həmin faciədə həlak olmuş, ruharı göydə dolaşan, Azərbaycan üçün çox gərəkli oğulların adı bu gün rəhmtlə anılır. Onlardan biri haqda danışmaq istəyirəm.

Tələbəlik illərindən kiçik bir xatirə

Jurnalistika fakultəsində oxuyurdum. Azərbaycan televiziyasının “ Günün ekranı” xəbərlər proqramında təcrübədə idim. Həmin redaksiyada üç nəfər jurnalisti indi də yaxşı xatırlayıram. Telli Pənahqızı, Solmaz Əmirova bir də Alı Mustafayev. Təcrübə müddətındə bu jurnalistlərdən çox isti münasibət görmüşdüm. Onlar çalışırdılar ki, televiziya jurnalistikasının kadrarxası sirlərini mənə yaxşı öyrətsinlər. Məni tez-tez çəkilişlərə göndərirdilər. İki reportajım efirə getmişdi. Redaksiyada olduğum müddətdə bir məqam da diqqətimdən qaçmamışdı. Telli xanımla Alı Mustafayev çox yaxın dost idilər. Çox tez-tez birı-biri ilə zarafatlaşırdılar. Bu da otaqda xoş aura yaradırdı. Sonra bildim ki, onlar tələbə yoldaşı olublar.

Qağayı gülüşü

Dənizin üzərində qanad çalıb, dövrə vuran qağayıların gülüşə bənzər qəhqəhələrinin dənizə tökülüb dalğaların səsinə qarışaraq sahilə çırpıldığını müşahidə etmisizmi?

Dənizlə bağlı gözəl mənzərələrdən bırı də bax budur. Müşahidə etdiyim bu mənzərədən bir material hazırlamaq istəyirdim. Mətn hazır idi. Redaksiyada oxuyub bəyənmişdilər.

Amma onlar məni bu materialı hazırlamaqdan çəkindirmək istəyirdilər. Alı Mustafayev isə bu mövzu ılə baglı mənimlə hey zarafat edirdi.

Fikrimdən daşınmadım. Belə olanda onlar məni qağayılar barədə məlumat toplamaq üçün biologiya institutuna göndərdilər. Milliyətcə rus olan bir alimlə bu mövzuda xeyli söhbət etdik. O, mənə izah elədiki quşlarda emosiya olmur. Qağayıların sterik gülüşə bənzər çıxardığı səslər əslində gülüş deyil. Sonra alim bildirdi ki, qağayıların əsas məskəni Bakının Ələt qəsəbəsində yerləşən Gil adasıdır. Onları orda daha yaxşı müşahidə etmək olar.

Gil adası yoxsa...

Çəkiliş üçün mənə redaksiyadan operator vermədilər Sadəcə qağayıların səsini yazmaq üçün mikrofon verdilər. Mən qağayıların səsini yazıb gətirməli, onlar da arxivdən bu quşlarla bağlı görüntüləri tapmalı idi. Mətn də yazilmışdı. Beləliklə, bunları montaj edib efirə verəcəkdilər.

Gil adasına getmək heç də asan olmadı. Sonra başa düşdüm ki, redaksiya əməkdaşları elə buna görə mənim o materialı hazırlamağımı istəmirlərmış.

Qardaşım matorlu qayıq tapdı. Mən, qardaşım bir də qayıq sürən gil adasına getdik. Adaya çatanda birinci ağlıma gələn sual bu oldu. Bura niyə gil adası deyirlər. Bu ki, Qağayı adasıdır. Ada da, səma da qağayı ilə dolu idi. Havada dövrə vuran qağayıların gülüşü bütün adanı doldurmuşdu. Onların qəhqəhəsini lentə almaq heç də çətin olmadı.Hələ su ilanlarını demirəm. Adada

çoxlu su ilanları var idi. Onlar başlarını sudan çıxarıb dənizdə üzürdü. Təəssüf ki, operator olmadığından belə gözəl mənzərəni çəkə bilmədik.

Başımı qaldıranda möcüzə görüm

Təcrübənin sonuncu günü idi. Redaksiyadan çıxıb evə gəlirdim. Televiziyanın həyətində Alı Mustafayevlə rastlaşdım. O, həmişə olduğu kimi şən əhval ruhiyyədə idi. Salamlaşandan sonra ilk sualı bu oldu. “Qağayılar necədir?” İkimiz də güldük. Sonra əlavə elədi “Səni harada görsəm bu sualı verəcəm. “

Bir neçə ildən sonra eşitdim ki, Qarakənd səmasında...

Xüsusilə payız vaxtı küçədə gedərkən elə istəyirəm bu suala diksinim- “ Qağayılar necədir?”

Ədibə Abdullayeva jurnalist.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024