Mobil versiya
Goranboyda dəhşətli qəza: Ölən və yaralananlar var – FOTO
Tarix: 21-11-2016 | Saat: 13:33
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər




Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Dəliməmmədli qəsəbəsi ərazisindən keçən hissəsində baş verən qəzada ölən və yaralıların kimlikləri məlum olub.

Ölən şəxs “Mercedes” markalı avtomobilin sürücüsü, Kəlbəcər rayon sakini, 1982-ci il təvəllüdlü Murad Nəzərovdur.

Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralılar isə Kəlbəcər rayon sakinləri - 1986-cı il təvəllüdlü Rövşən Şahnəzərov, 1976-cı il təvəllüdlü Aftandil Şahverdiyev və 8 yaşlı Azad Nəzərovdur. Yaralılardan A.Şahverdiyevin vəziyyəti normal, digər iki nəfərinki isə orta ağır qiymətləndirilir.

Qeyd edək ki, noyabr ayının 21-də saat 01:30 radələrində Bakı-Qazax magistral yolunun Goranboy rayonu Dəliməmmədli qəsəbəsi ərazisindən keçən hissəsində hərəkətdə olan “KamAZ” yolun hərəkət hissəsində dayanan “Mercedes” markalı avtomobilə çırpılıb. Qəza zamanı minik avtomobili yanıb. Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024