Mobil versiya
Bakıda “Maqa” ləqəbli şəxsin boynunu kəsdilər
Tarix: 17-11-2016 | Saat: 14:52
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər



Bakıda dilənçiliklə məşğul olan şəxsin boyun damarı kəsilib.

Nadisə Nəsimi rayonu ərazisində Olimp mağazasının yaxınlığında qeydə alınıb.

Belə ki, 44 yaşlı Məmmədov Mətləb Vəzir oğluna tanımadığı şəxslər yaxınlaşıb. Onlar ülgüclə M.Məmmədovun boyun nahiyəsini kəsiblər. Hadisə M.Məmmədovun küçədə dilənçilik edən iki övladının gözləri qarşısında baş verib.

Övladlarının köməkliyi ilə M.Məmmədov xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, M.Məmmədovun boyun damarı kəsilib. O, əməliyyat olunub, vəziyyəti ağırdır.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 20-ci Polis Bölməsinin (PB) əməkdaşları araşdırma aparır. İlkin araşdırmalara görə, M.Məmmədov sərxoş vəziyyətdə olub. O, tanımadığı şəxslərə söyüş söyüb.

Qeyd edək ki, M.Məmmədov avara və dilənçilər arasında “Maqa” ləqəbi ilə tanınır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024