Mobil versiya
“Oğlan evi 2” filminin çoxdan gözlənilən treyleri təqdim olundu
Tarix: 15-11-2016 | Saat: 16:16
Bölmə:Dünya | çapa göndər

“Oğlan evi 2” filminin çoxdan gözlənilən treyleri təqdim olundu

Filmin ikinci hissəsi dekabrın 1-dən kinoteatrlarda nümayiş olunacaq.

Rejissor İlham Qasımovun filmində avtomobil fırıldaqçılarının qurbanına çevrilən, Bakıda yaşayan Cənubi Azərbaycandan olan Pərvaz Müstəvidən (Baba) bəhs edilir.

Baba (Elcan Rəsulov) və Yavər (Nicat Rəhimov) onlara miras qalmış raritet avtomobil əldən çıxandan sonra, müflis olmaq təhlükəsi ilə üz-üzə qalırlar. Beləcə, qəhrəmanlar ölkənin ən amansız avtomobil fırıldaqçıları ilə tanış olurlar.

Filmdə baş rollarda Elcan Rəsulov, Nicat Rəhimov və Hüseyn Əzizoğlu çəkiliblər. Eləcə də tamaşaçılar ilk filmdən sevdikləri İsi (Elşən Hacıbabayev) və Kapitan Rzayev (Qurban Məsimov) ilə də yenidən görüşəcəklər.

“Kapital Bank” filmin baş sponsorudur. “Oğlan evi 2” kinokomediyasının treylerini bu linkdən izləyə bilərsiniz:





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024