Mobil versiya
Yeni mənzillərin qiyməti ucuzlaşacaq – PROQNOZ
Tarix: 15-11-2016 | Saat: 16:15
Bölmə:İqtisadiyyat | çapa göndər



“Oktyabr ayının yekunlarına əsasən təkrar bazarda orta qiymət 1400 AZN/m2, ilkin bazarda isə 1318 AZN/m2 təşkil edib”.

Oktyabrın sonuna Bakı və Xırdalan şəhərləri, həmçinin Masazır qəsəbəsində 60-dan çox layihədə aktiv tikinti prosesi gedir.

Bakı şəhərinin ilkin bazarında bir neçə layihə istisna olmaqla, digər bütün layihələrdə qiymət əvvəlcə enib, sonra isə qalxıb. Layihələrin əksəriyyətində aşağı qiymət və uyğun satış şərtlərinə diqqət ayrılır. Xüsusi konsepsiya ilə mövqelənən layihə, demək olar ki, yoxdur. Halbuki alıcılar, xüsusilə də premium və elit-klass layihələrdə unikal konsepsiyaya böyük önəm verir.

2016-cı ildə ilkin bazarda baş verən əhəmiyyətli dəyişikliklərdən biri də təmirlə bazara çıxan layihələrin sayının çoxalmasıdır. Ümumilikdə, Bakı və Xırdalanda təmirli, həm də təmirsiz mənzil təklif edən layihələrin ümumi aktiv layihələr arasında xüsusi çəkisi 29% təşkil edib. Tendensiya onu göstərir ki, həm təmirli, həm də təmirsiz mənzil təklif edən layihələrin sayı artacaq.

Təkrar bazarda ötən ilə nisbətən manat ifadəsində qiymət dəyişikliyi nəzərə çarpmayıb. Mənzillərin satışa çıxarılan qiymətinin analizindən belə nəticəyə gəlmək olar ki, təklifin əsas hissəsinin (41%) qiyməti 70000 – 120000 min AZN diapazonunda dəyişir. Təkrar bazarın yeni tikililər seqmentində təklifin 40% qiyməti 90000 – 120000 min AZN olan mənzillərin payına düşür.

Köhnə tikililərdə isə 50000 – 90000 min AZN qiymət diapazonu təklifin 51%-ni təşkil edir. Yeni tikililərdə ən bahalı kvadratmetr 5 otaqlıda (1516 AZN), köhnə tikililərdə isə 1 otaqlıda qeydə alınıb (1584 AZN). Ən ucuz kvadratmetr isə yeni tikililərdə 2 otaqlıda (1341 AZN), köhnə tikililərdə isə 5 otaqlıda qeydə alınıb (1169 AZN).

Təkrar bazarda müşahidə olunan digər bir dəyişiklik təklif portfelinin strukturunun əhəmiyyətli dərəcədə dəyişməsidir. Belə ki, əgər 2015-ci ildə ümumi təklifin 61%-i köhnə tikili, 39%-i isə yeni tikililər təşkil etmişdirsə, 2016-cı ildə 57%-i yeni tikililərin, 43% isə köhnə tikililərin payına düşür.

Strateji mərkəzin proqnozuna əsasən, təklif portfelinin “şişməsi” ilə əlaqədar olaraq təkrar bazarda və ilkin bazarın ekonom seqmentində yaxın aylarda qiymət düşəcək. İlkin bazarın elit və premium-seqmetində isə əksinə qiymət ya stabil qalacaq, ya da artıma meyilli olacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə