Mobil versiya
Tramp pravoslav yunanı nazir etmək istəyir
Tarix: 11-11-2016 | Saat: 16:12
Bölmə:Gündəm | çapa göndər

Tramp pravoslav yunanı nazir etmək istəyir






ABŞ prezidenti postuna keçirilmiş seçkilərdə qalib gəlmiş Donald Tramp ölkənin maliyyə naziri postuna "JPMorgan Chase" bankının baş direktoru Ceyms Daymonu təyin etməyi düşünür.

Daymon əvvəllər bu işdə maraqlı olmadığını deyirdi. Maliyyə naziri postuna daha bir namizəd "Goldman Sachs" bankının sabiq rəhbərlərindən biri, Donald Trampın seçki kampaniyasının maliyyələşdirilməsi prosesini idarə etmiş Stiven Mnaçindir.



ABŞ-ın ən böyük bankı olan "JPMorgan Chase" dünyanın 6 ən iri bankından biridir. Bankın aktivlərinin toplam həcmi 2,3 trilyon dollardır.

Pravoslav Ceyms Daymon 1956-cı ildə Nyu-Yorkda yunan mühacirlərin ailəsində anadan olub. Onun babası Papadimitru da bankir olub.

C.Daymon 4 dəfə "Time" jurnalının "Dünyanın ən nüfuzlu 100 adamı" reytinqində yer alıb.

O, 2005-ci ildən bəri "JPMorgan Chase" bankına rəhbərlik edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024