Mobil versiya
Qardaş Azərbaycan ilə əlaqələrimiz strateji xarakter daşıyır
Tarix: 07-11-2016 | Saat: 13:52
Bölmə:Manşet | çapa göndər



Georgi Kvirikaşvili: Qardaş Azərbaycan ilə əlaqələrimiz strateji xarakter daşıyır

Bizim qardaş Azərbaycan ilə ikitərəfli əlaqələrimiz bütün sahələrdə dinamik inkişaf edir. Bu əlaqələr hər iki dövlət üçün vacib, strateji xarakter daşıyır.

Bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili deyib.

Baş nazir bildirib ki, Azərbaycan ilə ikitərəfli əlaqələrin dinamik inkişafı qlobal layihələrin reallaşmasında da mühüm rol oynayır. O deyib: “Bizim logistika, nəqliyyat daşınmaları, enerji daşıyıcıları, eləcə də hər iki dövlət üçün mühüm əhəmiyyət kəsb edən təhlükəsizlik sahəsində çox mühüm əməkdaşlığımız var. Eyni zamanda, yeni İpək yolu layihəsinin inkişafı bizim üçün çox vacibdir. Bu layihələr təkcə Azərbaycan və Gürcüstan üçün deyil, bütövlükdə region üçün mühüm əhəmiyyət kəsb edir. Ona görə də çalışırıq öz infrastrukturumuzu modernləşdirək, inkişaf etdirək ki, bu layihələri reallaşdıra bilək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024