Mobil versiya
Sakinlər şikayət edir: "Nə yol, nə məktəb, nə də ki, suyumuz var"
Tarix: 07-11-2016 | Saat: 11:34
Bölmə:Manşet | çapa göndər



Hörmətli tamaşaçılar Kanal24-ün çəkiliş qrupu Sabunçu rayonu Maştağa qəsəbəsi Subtropik Gülçülük Savxozu 2-ci sahə deyilən ərazidə olub.

Bunun əsas səbəbi isə ərazidə yaşayan sakinlərin çoxsaylı şikayəti olub. Çəkiliş qrupumuzla qəsəbəyə gəldik. Və gördüklərimiz isə dəhşət doğurur. Yollar dağılmış, bərbad vəziyyətdə, uşaq bağçası deyilən daxma kimi bina isə sulara qərq olub. Zibilliklərin qoxusundan isə ərazidə dayanmaq mümkün deyil.

Sakinlər Kanalımıza müsahibə verərək problemlərindən söz açdılar. Onlar bildirdilər ki, yağışlı havalarda yollar keçilməz olur. Ərazidə məktəb olmadığından uşaqları oxutmaqda çətinlik çəkirlər.

Sakinlər onu da deyiblər ki, dəfələrlə ərazidə çəkilişlər aparılıb ama buna baxmayaraq problem öz həllini tapmayıb.

Məsələ ilə bağlı qəsəbənin bələdiyyə nümayəndəliyinin inzibati binasına getdik. Həftə sonu ölduğundan kimsə yox idi. Bələdiyyənin sədri İlqar Qurbanovla telefonla əlaqə saxladıq.

Ümid edirik ki, adiyyatı qurumlar mövcud problemin həlli istiqamətində ciddi adımlar atacaqlar. Və Sabunçu rayonu Maştağa qəsəbəsi Subtropik Gülçülük Savxozu 2-ci sahə deyilən ərazi gözəl bir məkana çevriləcək

[media=https://youtu.be/vXG8ktuCfio]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024