Mobil versiya
Azərbaycanda “Twitter”in fəaliyyətində problem yaranıb
Tarix: 07-11-2016 | Saat: 11:10
Bölmə:Şou-biznes / Karusel | çapa göndər



Azərbaycanda “Twitter” sosial şəbəkəsinin xidmətlərindən istifadədə çətinliklər yaranıb.

Çətinliklər Bakı vaxtı ilə saat 10:00 radələrindən müşahidə olunur.

“Downdetector” monitorinq resursu problemin olduğunu təsdiqləyib. Bununla yanaşı, “Twitter”in “Facebook” sosial şəbəkəsindəki rəsmi akkauntunda problemlə bağlı istifadəçilərin şikayətləri yer almaqdadır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Təhlükəsizlik Mərkəzindən bildirilib ki, problem şirkət daxilindədir.

20 dəqiqə sonra problem aradan qaldırılıb və sosial şəbəkədən tam istifadə etmək mümkündür. Şirkət problemin səbəbini açıqlamır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024