Mobil versiya
Sekuta: Azərbaycan ABŞ-a dəstək verən ilk dövlətlər sırasında olub
Tarix: 11-09-2015 | Saat: 12:09
Bölmə:Siyasət / Aia TV / Karusel | çapa göndər


Səfirlik məlumat yaydı.

2001-ci ilin 11 sentyabr hücumundan sonra Azərbaycan Birləşmiş Ştatlara dəstək verən ilk dövlətlər sırasında olub. Amerikalılar bu dəstəyi indi də dəyərləndirirlər.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta 11 sentyabr hadisələrinin 15-cü ildönümü ilə bağlı bəyanatında deyib.

Sekutanın sözlərinə görə, o vaxtdan bəri Azərbaycanın ABŞ-a göstərdiyi dəstək artıb.

“Azərbaycan Əfqanıstanda ekstremizmə qarşı aparılan mübarizədə ABŞ-ın və NATO-nun tərəfdaşı olub. Azərbaycanın sülhməramlı qoşunları ABŞ-ın və NATO-nun hərbçiləri ilə çiyin-çiyinə duraraq əfqan xalqına sülh və demokratiyanı inkişaf etdirmək imkanı veriblər. Azərbaycan həmçinin NATO-nun Əfqanıstanda keçirdiyi əməliyyatların maddi-texniki təchizatı üçün nəqliyyatın fəaliyyətini təmin edib.

Azərbaycan ekstremist təşkilatların maliyyələşdirilməsinin qarşısının alınmasında ABŞ-la sıx əməkdaşlıq edib. Birləşmiş Ştatlar isə Azərbaycan hökumətinə sərhədlərinin daha yaxşı qorunması və ekstremist yönümlü şəxslərin tranzitinin azalması üçün yardımçı olub”, - deyə, Sekuta bildiribOxu.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024