Mobil versiya
ŞOK! Bakıda şagirdlərə "Asif Ata adlı Peyğəmbər"-i təbliğ ediblər.
Tarix: 03-11-2016 | Saat: 12:13
Bölmə:Gündəm | çapa göndər



Təriqət üzvlərinin təliminə əsasən, Asif Ata - yeni dinin peyğəmbəridir.


Azərbaycan Respublikası DİN mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi təşkilata gəncləri cəlb etməyə çalışan "Ocaq" ("İman evi") dini sektanın ondan çox üzvünə qarşı iş üzrə araşdırma aparır.

Bu barədə "Sputnik-Azərbaycan"a hüquq-mühafizə orqanlarında bildiriblər.

Biləcəri qəsəbəsində məktəblərin birində bir qrup adam yuxarı siniflərdə vətənpərvərlik mövzusunda məruzə oxumaq qərarına gəliblər.

Məktəb direktoru mühazirəçilərin "İman evi"nin təsisçisi Asif Əfəndiyevin təlimini yaymaqla məşğul olacaqlarından şübhələnmədiyi üçün onlara dərs keçməyə icazə verib. Təriqət üzvləri isə yuxarı sinif şagirdlərinə Azərbaycanın həyat və yaradıcılığını təbliğ edərkən, sətir arası "Mütləqə inam" təlimindən də söz açıblar.

Bundan xəbər tutan direktor Binəqədi Rayon Polis İdarəsinə məlumat verib.

Təriqət üzvlərinin təliminə əsasən, Asif Ata - yeni dinin peyğəmbəridir. Təriqətçilər özlərini onun oğulları adlandırırlar. Ən maraqlısı isə odur ki, jurnallarda Əfəndiyevin təqdim etdiyi əlifba təqdim edilib. Bu gün həmin təşkilatın üzvləri öz gizli yazışmaları üçün həmin əlifbadan istifadə edirlər.

Məlumdur ki, əməliyyat-axtarış tədbirlərinin gedişatında polis əməkdaşları çox sayda ədəbiyyat və sektanın üzvlük biletlərini aşkar ediblər. Müsadirə edilən ədəbiyyat Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ekspertizaya göndərilib.

Qeyd edək ki, təriqətin yaydığı kitablarda həyat haqqında qəribə fikirlər yer alıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024