Mobil versiya
Çoxuşaqlı ana nə vaxt əmək pensiyası ala bilər?
Tarix: 31-10-2016 | Saat: 16:45
Bölmə:Manşet | çapa göndər





İsa Abasov adlı şəxs müraciət edərək həyat yoldaşının pensiyaya çıxa bilməsi məsələsi ilə maraqlanıb:

"Mənim həyat yoldaşımın 54 yaşı noyabrın 15-də tamam olur. Yoldaşım 6 uşaq anasıdır. Bilmək istəyirəm yoldaşım çoxuşaqlı ana kimi nə vaxt pensiyaya çıxa bilər? Bu zaman iş stajı nə dərəcədə lazımdır?"



Məsələ ilə ilə bağlı Milli.Az-ın sorğusunu cavablandıran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib ki, əgər xanım işləyirsə və ən azı 10 illik sığorta stajı varsa, artıq pensiya almaq hüququ var:



""Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda yaşa görə əmək pensiyası hüququnun müəyyən edilməsində çoxuşaqlı qadınlar üçün güzəşt əksini tapıb.

Qanunda çoxuşaqlı qadınlar beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlar kimi müəyyən olunub. Bildirilir ki, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların yaşa görə əmək pensiyası almaqdan ötrü müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır".

Qeyd edək ki, hazırda qadınlar üçün əmək pensiyasına çıxmaq üçün yaş həddi 60-dır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024