Mobil versiya
Mikayıl Cabbarov: “Universitetə daxil olanların sayı iki dəfə artıb”
Tarix: 31-10-2016 | Saat: 15:34
Bölmə:Təhsil | çapa göndər



"1990-ci ildə 25 Ali təhsil məktəbi var idisə, 2016-cı ildə bu rəqəm 53 olub".

Bunu Təhsil naziri Mikayıl Cabbarov Elm festivalında deyib.

Nazir deyib ki, bu il ali məktəbə daxil olan şagirdlərində sayı artıb: "2016-ci ildə universitetə daxil olanların sayı 1990-cı ilə nisbətən 2 dəfə artıb. Hazırda təhsilmizdə inkişaf var və bu inkişaf davam edir".

Mikayıl Cabbarov bu gün də davamlı inkişafda təhsilin və elmin böyük rol oynadığını qeyd edib. Nazir onu da vurğulayıb ki, "Elm haqqında" qanun layihəsinin qəbul olunması dövlətin elmə göstərdiyi qayğının nümunəsidir: Gənclərin dövlət hesabına xarici ölkələrdə təhsil alması da son dərəcə önəmlidir. Təkcə 2015-ci ildə magistratura pilləsi üzrə 70, doktorantura üzrə 25 nəfər xaricdə təhsil almağa göndərilib".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024