Mobil versiya
Məşhur meyxanaçılar arasında - QALMAQAL
Tarix: 31-10-2016 | Saat: 13:36
Bölmə:Dünya / Karusel | çapa göndər



N.Qaraçuxurlunun dediyi sözlər həmkarlarını əsəbiləşdirib.

"Meyxananın vəziyyəti o qədər də ürəkaçan deyil. Toylarda da deyirlər ki, meyxana olmaz. Bu durum mənə pis təsir edir".

Bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "Xəzər maqazin" verilişində deyib. İfaçı meydanda tək olduğunu bildirib:

"Düşünürəm ki, bu yolda tək olduğum üçün çətindir. Meyxanaya tam qayıtmayacam, qismən məşğul olacam. Meyxananı yüksəklərə qaldırmaq lazımıdr. Bir az səviyyəni qaldırmışdıq, amma yenə düşüb".

N.Qaraçuxurlunun bu sözləri həmkarlarını əsəbiləşdirib. Onlar həmkarlarının sözlərinə etiraz ediblər.

Pərviz Bülbülə "Onun müştərisi azala bilər. Meyxananı istəyənlər isə azala bilməz. Bu sahədə mənim də zəhmətim var və bunu danmaq olmaz. Elə insan olub ki, meyxananı mənim sayəmdə sevib" deyə, söyləyib.

Rəşad Dağlı da Namiqə etirazını bildirib:

"Meyxananın yetərincə perespektivi var. Meyxana bir-iki il verilişlərdə səslənməsə də, gündəmdə qala bilər. Hər malın öz müştərisi var".

Mehman Əhmədli isə "Namiq hazırda meyxana ilə məşğul olmur. Mənim meyxana sahəsində yetirmələrim göz qabağındadır" deyib



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024