Mobil versiya
“Əli və Nino” filmi Los-Ancelesdə nümayiş etdirilib – FOTO
Tarix: 26-10-2016 | Saat: 16:41
Bölmə:Aia TV | çapa göndər



Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu “Əli və Nino” bədii filmi ABŞ-ın Los-Anceles şəhərində keçirilən Asiya Filmləri Dünya Festivalı çərçivəsində təqdim olunub.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Oxu.Az-a verilən məlumata görə, oktyabrın 24-də festivalın ilk açılış filmi kimi nümayiş etdirilən “Əli və Nino” tamaşaçıların böyük rəğbəti ilə qarşılanıb.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun dəstəyi ilə keçirilən nümayişdə, Hollivud kino sənayesinin tanınmış nümayəndələri, “Oskar” və “Emmi” mükafatçıları və nominantları, müxtəlif kino prodüserləri, rejissorlar, aktyorlar və digər şəxslər iştirak ediblər.

“Əli və Nino” filminin nümayişinə olan böyük ictimai maraq, festival təşkilatçılarının ikinci kinozalı açaraq, tamaşaçıların ixtiyarına verməsinə səbəb olub. Filmdə “Əli” rolunun ifaçısı Adam Bakri nümayişdə iştirak edib.

Nümayişdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycanın yaxın tarixi, o cümlədən 20-ci əsrdə iki dəfə müstəqilliyini əldə etməsi, müsəlman dünyasında ilk dünyəvi demokratik respublika qurması və qadınlara ABŞ-dan da öncə səsvermə hüququ verməsi barədə danışıb.

“Əli və Nino” əsərinin yüksək tarixi və mənəvi dəyərlərindən danışan diplomat bildirib ki, bu əsər nəinki iki gəncin ülvi məhəbbətindən, eləcə də Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədən və ölkəmizin qədim tolerantlıq və multikulturalizm ənənələrindən bəhs edir.

Hollivudun məşhur nəşrlərindən olan “Variety” jurnalının, “Sony” şirkətinin və hər il “Qızıl Kürə” mükafatının sahiblərini müəyyənləşdirən nüfuzlu Hollivud Xarici Mətbuat Assosiasiyasının rəsmi tərəfdaşlar olduqları festivalın açılış filmi kimi “Əli və Nino” filminin seçilməsinin olduqca təqdirəlayiq hal olduğunu qeyd edən N.Ağayev bunun filmin yüksək keyfiyyətinin və dəyərinin bariz göstəricisi olduğunu vurğulayıb.

Sonra film nümayiş etidirilib.







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024