Mobil versiya
“Neftçi”nin saxlanılan azarkeşi sərbəst buraxıldı
Tarix: 26-10-2016 | Saat: 13:38
Bölmə:Gündəm | çapa göndər

“Neftçi”nin saxlanılan azarkeşi sərbəst buraxıldı



Xəbər verdiyimiz kimi, "Neftçi" - "Qarabağ" (0:2) oyununda meydana daxil olan ev sahibi komandanın azarkeşi Nurlan Əzizli polislər tərəfindən saxlanılmışdı.

Bölməyə aparılan azarkeş artıq sərbəst buraxılıb.

"Ağ-qaralar”ın azarkeşləri ilə yanaşı, “Neftçi” rəsmiləri də polis bölməsinə baş çəkiblər. Nəticədə bir neçə saat ərzində bölmədə saxlanılan Nurlan Əziz gecə saat 01:30 radələrində sərbəst buraxılıb.

Qeyd edək ki, Nurlan Əzizli ötən mövsüm "İnter" - "Neftçi" oyununda "ağ-qaralar"ın kapitanı Araz Abdullayevdə qalmaqallı anlar yaşadığına və stadiona girdiyinə görə saxlanılmışdı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024