Mobil versiya
Prezident mərc oyunları ilə bağlı fərman verdi
Tarix: 26-10-2016, 13:30 | Saat: 15:47:00
Bölmə:Manşet | çapa göndər

Prezident mərc oyunları ilə bağlı fərman verdi


Prezident İlham Əliyev “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanda dəyişikliklər edilməsi haqqında fərman verib.

“Qafqazinfo” AzerTac-a istinadən xəbər verir ki, prezidentin fərmanında bildirilir ki, ölkədəki idman mərc oyunlarının operatoru ilə müqavilə bağlamadan fəaliyyət göstərən idman mərc oyunlarının həm yerli, həm də xarici virtual satıcılarının internet portallarının və saytlarının ölkə ərazisində fəaliyyətinin qarşısının alınması üçün zəruri tədbirlər görülsün. Dövlət başçısı bununla bağlı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırıq verib.

Eyni zamanda, Daxili İşlər və Vergilər nazirliklərinə tapşırılsın ki, akkreditasiya olunmadan idman mərc oyunlarının təşkilinə və ya keçirilməsinə qarşı mübarizədə fəaliyyətin əlaqələndirilməsini təmin etsinlər, həmin oyunları qanunsuz təşkil edən və ya keçirən şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və belə halların gələcəkdə baş verməməsi üçün tədbirlər görsünlər.



5390 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930