Mobil versiya
Zidan “Real” azarkeşlərini tənqid etdi
Tarix: 26-10-2016 | Saat: 11:44
Bölmə:İdman | çapa göndər

Zidan “Real” azarkeşlərini tənqid etdi






Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan azarkeşləri tənqid edib.

Buna səbəb isə azarkeşlərin komandanın ulduz oyunçusu Kriştiano Ronaldoya qarşı davranışları olub.

31 yaşlı futbolçu bu mövsüm keçirdiyi 768 dəqiqə ərzində cəmi 4 qol vurub. Bu isə azarkeşlərin narazılığına səbəb olub və La Liqanın son turunda “Atletik”lə oyundan sonra Ronaldonu fitə basıblar.

Məsələyə komandanın çalışdırıcısı Zidanın münasibəti belə olub:

“Azarkeşlərimiz futbolçulardan ən yaxşısını gözləyirlər. Biz bilirik ki, bu, fanatlar üçün nə qədər vacibdi. Lakin onların hərəkəti tək Ronaldoya deyil, mənə qarşı da eynidir. “Santyaqo Bernabeu”nun tərəfdarlara nə qədər vacib olduğunu da bilirəm. Sadəcə belə hallara yol verməməlidirlər. Mən Ronaldodan bir oyunda 2 və ya 3 qol vurmağı gözləyirəm. Əminəm ki, tezliklə hər şey qaydasına düşəcək və o öz qollarını vuracaq”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə