Mobil versiya
Bakıda satılan qızdırıcıların - Qiymətləri
Tarix: 25-10-2016 | Saat: 10:07
Bölmə:İqtisadiyyat | çapa göndər

Bakıda satılan qızdırıcıların - Qiymətləri





Havanın temperaturu düşdükcə istilik sistemlərinə tələbat artır. Evin qızdırılmasında radiatorların, qızdırıcıların və kombilərin qiymətləri növündən, firmasından, gücündən və növündən asılı olaraq dəyişir.

Satıcılar bildirirlər ki, son zamanlar alıcılar əsasən radiatorlar və qızdırıcılar alırlar. Radiatorlar seksiyalı, panel və yağla işləyən növlərə bölünür. “Polaris PRE” markalı radiatorın qiyməti 90 manatdan başlayır. Yağla işləyən “Delonghi” radiatorların qiyməti isə 100 manatdır. Bazarda qiyməti 200 manata qədər olan radiatorlar var.

Qızdırıcıların qiyməti isə 51 manatla 235 manat arasında dəyişir. Yağ və elektriklə işləyən qızdırcıların gücü 0-900 Vt, 951-1000 Vt, 1001-1500 Vt, 1800-2500 Vt, 2501-3000 Vt və 1501-2000 Vt arasındadır. Qızdırıcıların qiymətinə onun sahəsi (0-15 m², 16-25 m², 26-40 m²) də təsir göstərir. Yəni sahəsi artdıqca qiymət də artır. “Simfer” markalı qızdırcı 59 manatdan və “DeLonghi HMP 1500” qızdırıcının qiyməti 150 manatdan başlayır. “King K 6265” qızdırıcının qiyməti isə 100 manatdan yuxarıdır. Onu da öyrəndik ki, qızdırcıların qiymətinə brendlərin təsiri var. Məhsullar Çin, Cənubi Koreya və Türkiyə istehsalıdır.

Satıcıların sözlərinə görə, havanın tempraturunun aşağı düşməsinə görə qızdırıcılara tələbat artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istilik sistemləri bahalaşıb. Satıcılar qiymət artımını manatın devalvasiyası və vergilərin artması ilə əsaslandırdılar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024