Mobil versiya
"Qarabağ" ona, o da "Qarabağ"a güvənir: "Çox razıyam..."
Tarix: 24-10-2016 | Saat: 12:38
Bölmə:İdman | çapa göndər

"Qarabağ" ona, o da "Qarabağ"a güvənir: "Çox razıyam..."










“Bu günlərdə Azərbaycanın müstəqilliyinin 25 illiyi qeyd olundu. Hər bir sahədə olduğu kimi, Azərbaycanda futbol da inkişaf edir. Çox şadam ki, bu gün 2:0 hesablı qələbə qazandıq”.

Bu sözləri “Qarabağ”ın fəxri prezidenti Abdulbari Gözəl PAOK-la oyundan (2:0) sonra deyib.

Abdulbari Gözəl qələbəni belə şərh edib:

“Qarabağ” böyük müvəffəqiyyət qazandı. Komandadan çox razıyam. Qələbədən dərhal sonra onları təbrik etdim. Rəqibi tanıdıq artıq. İnanıram ki, səfərdə də yaxşı olacaq. “Qarabağ” özünə güvənir. Komandanın öz oyun tərzi var”.

Yeni trasferlərlə bağlı sualı A. Gözəl belə cavablandırıb:

“Bəzən çox yaxşı futbolçu gətirsən də, oynaya bilmir. Çalışırıq ki, komandaya yeni qan verək. Hər zaman bu məsələ nəzərimizdədir. Axtarışlar daim gedir. Bu, olmalıdır”.

“Qarabağ”ın fəxri prezidenti qrupdan çıxmaq şansı barədə bunları söyləyib: “İndidən dəqiq nəsə deyə bilmərəm. “Qarabağ”a güvənirəm. Oyunun gedişində ayağa qalxırdım. Həm qol vurarkən, həm təhlükəli epizodlar yaşanarkən. İkinci qoldan sonra qələbəyə əmin oldum”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024