Mobil versiya
Ərin arvadının başını kəsmə səbəbi bilindi - Prokurorluqdan açıqlama
Tarix: 24-10-2016 | Saat: 12:19
Bölmə:Cəmiyyət | çapa göndər

Ərin arvadının başını kəsmə səbəbi bilindi - Prokurorluqdan açıqlama


Zərdab rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Bu barədə Trend-ə Zərdab Rayon Prokurorluğundan məlumat verilib.

Hadisə oktyabrın 24-də Zərdab rayonunun Yarməmmədbağı kəndində baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Aslanov Aqşin Usub oğlu yaşadığı evdə həyat yoldaşı, 1993-cü il təvəllüdlü Aslanova Rüxsanə Rüstəm qızının bıçaqla boğazını kəsərək öldürüb.

Hadisə qısqanclıq zəminində baş verib. Hadisəni törədən A.Aslanov saxlanılıb. Faktla bağlı Zərdab rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024