Mobil versiya
Dünyada qadağan olunan telefonlar Bakıda açıq satışda - VİDEO - FOTO
Tarix: 21-10-2016 | Saat: 12:02
Bölmə:Şou-biznes | çapa göndər



Azal artıq həmin telefonlarla təyyarələrə girişi qadağan edib.


Dünya şöhrətli Samsung şirkəti "Galaxy Note 7" telefonlarının sahiblərinə təcili çağırış edib. Onlara tövsiyə olunur ki, akkumulyatorundakı problemlə əlaqədar telefonu dərhal söndürüb aldıqları mağazaya geri qaytarsınlar.

Bu xəbərdarlıqlara baxmayaraq Azərbaycanda həmin telefonların açıq satışı həyata keşirilir. Xüsusilə, elan saytlarında "Galaxy Note 7" smartfonları alıcılara 1600-1700 manat arasında təklif olunur.

Maraqlısı ondadır ki, şirkət telefonların partlama ehtimalını nəzərə alaraq kompensasiya ödənişi edir və telefonları geri alır. Ancaq Azərbaycanda bu prosedur deyəsən işləmir. Hətta bəzi işbazlar insan həyatı üçün təhlükə yaradan telefonları açıq satışa çıxarıb.

Qeyd edək ki, Samsung şirkətinin rəsmi saytında da telefonun satışı ilə bağlı məlumat yerləşdirilib. Məlumatda deyilir: "Bütün müştərilərimizə mübadilə proqramından faydalanmağı təkidlə tövsiyə edirik. Çünki sizin təhlükəsizliyiniz bizim üçün başlıca prioritetdir. Galaxy Note 7-nin satışı və təchizatı artıq dayandırılıb. Ancaq əgər siz artıq həmin qurğudan almısınısza, onda onu dəyişdirməyinizi israrla tövsiyə edirik".




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024