Mobil versiya
Nazirlikdən "Asan viza" açıqlaması
Tarix: 21-10-2016 | Saat: 11:46
Bölmə:Gündəm | çapa göndər



"Asan viza" sistemi fəaliyyətə başlayan müddətə qədər akkreditasiyadan keçmiş 70 turizm şirkəti turistlər üçün viza rəsmiləşdirilməsi fəaliyyətlərini eyni qayda ilə aparacaqlar.

Bunu Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov deyib.

Nazirlik rəsmisi bildirib ki, Nazirlər Kabinetinin 13 oktyabr 2016-cı il tarixli qərarına əsasən, "Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2015-ci il 29 iyun tarixli 247 nömrəli qərarı ləğv edilib. Yeni qərara əsasən, artıq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm şirkətlərinə viza almaq üçün akkreditasiya həyata keçirilməyəcək.

V.Şıxəmmədov əlavə edib ki, bu günədək Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 70 turizm şirkəti akkreditasiyadan keçirilib və onlar Xarici İşlər Nazirliyi tərəfindən elektron turist vizasının rəsmiləşdirilməsi hüququ qazanıblar:

"Hazırda müvafiq qanunvericiliyə uyğun olaraq, "Asan viza" tətbiq olunmağa başlayır: "Asan viza" sistemi fəaliyyətə başlayan müddətə qədər akkreditasiyadan keçmiş 70 şirkət viza rəsmiləşdirilməsi fəaliyyətlərini eyni qayda ilə aparacaqlar. "Asan viza" tətbiq olunduqdan sonra qeyd edilən 70 şirkətə verilən kodlar ləğv ediləcək. Turizm şirkətlərinə müraciət edərək bildirmək istərdik ki, yeni bu qərarla yaxından tanış olsunlar və onu gələcək fəaliyyətlərində nəzərə alsınlar".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il iyunun 1-də "Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında" fərman imzalayıb. Fərmana əsasən, elektron viza almaq üçün əcnəbi və ya vətəndaşlığı olmayan şəxs viza almaq üçün birbaşa "ASAN Viza" sistemi vasitəsilə müraciət edəcək. Elektron vizalar üç iş günü müddətində veriləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024