Mobil versiya
Qarabağın tarixi qələbəsi
Tarix: 21-10-2016 | Saat: 10:12
Bölmə:İdman | çapa göndər

Qarabağın tarixi qələbəsi

Qarabağ komandası Libereklə xal itkisindən və İtaliyada Fiorentinaya böyük hesablı məğlubiyyətdən sonra PAOK komandasına qarşı respublika stadionunda qələbə qazanması mütləq idi. Rəqiblə oyunun asan olmayacağı əvvəlcədən görünürdü. Amma Qurbanovun taktiki gedişləri özünü müsbət cəhətdən doğrultdu. 1-ci hissədə Qarabağ oyuna diktə edən tərəf idi. Ancaq bütün təhlükəli vəziyyətlər bəhrəsiz olurdu. Yunanlarda ara-sıra həmlələr etməklə rəqib qapısında təhlükəli anlar yaratmaq istəyində idilər. Oyunun ikinci hissəsində Qarabağ rəqib qapısında təzyiqi bir azda artırdı. Və oyunun 56-cı dəqiqəsində Medvedyevin ötürməsindən sonra Dani Kintana hesabı açdı 1-0. Qoldan sonra rəqib oyunu ələ almağa çalışırdı. Ancaq komandamızın müdafiyə oyunu yunanlara istədiyi oyunu oynamaqda əngəl yaradırdı. PAOK-un oyuna ciddi yanaşmaması rəqibə baha oturdu. Oyunun 87-ci dəqiqəsində Muarrem Muarremin ötürməsini Əmirquliyev qolla yekunlaşdırmaqla rəqibin Bakıda ən azı heç-heçəsinin üstandən tamamilə xətt çəkdi. Qarabağ vacib ev oyununda qələbə qazanmaqla qrupda yerini möhkəmlətdi. Digər oyunda isə Liberek öz meydanında Fiorentinaya 1-3 hesabıyla məğlub oldu.

Şirxanlı Rövşən



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024