Mobil versiya
Millimiz FİFA reytinqində 45 pillə irəliləyib
Tarix: 20-10-2016 | Saat: 18:24
Bölmə:İdman | çapa göndər



Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Azərbaycan millisi reytinqdə 45 pillə irəliləyib.

Hesabında 404 xal olan Azərbaycan 88-ci yerdə qərarlaşıb.

Ötən ay açıqlanan cədvəldə 252 xalla 133-cü olan komandamız bir ay ərzində hesabına 152 yazdırıb.

Qeyd edək ki, Robert Prosineçkinin yetirmələri 2018-ci dünya çempionatının seçmə qrup mərhələsində San-Marinonu səfərdə, Norveç yığmasını isə evdə 1:0 hesabı ilə məğlub edib. Çexiya ilə səfər oyununda isə qolsuz heç-heçə əldə olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024