Mobil versiya
“Azərsu”da ixtisar başlayacaq? - AÇIQLAMA
Tarix: 20-10-2016 | Saat: 16:48
Bölmə:Gündəm | çapa göndər



"Əgər kimsə kənarda qalsa, digər müəssisələrdə onlar üçün iş təklif edəcəyik."

Xəbər verdiyimiz kimi Nazirlər Kabineti “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturu ilə bağlı bəzi məsələlər barədə qərar verib.

Qərara əsasən “Azərsu” ASC-nin Ekologiya İdarəsi “Bakı Sukanal” İdarəsinə, H.Z.Tağıyev adına Su Təchizatı İdarəsi və Oğuz-Qəbələ-Bakı Su Təchizatı İdarəsi Ceyranbatan Su Təchizatı İdarəsinə birləşdirilib. Həmçinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti, “Şəki Sukanal” Törəmə Səhmdar Cəmiyyəti “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində fəaliyyət göstərən hüquqi şəxs kimi müəyyən edilib.

Cəmiyyətin “Mingəçevir Sukanal” İdarəsi və “Şirvan Sukanal” İdarəsi “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturundan çıxarılaraq “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibinə daxil edilib.

Qurumun tərkibində fəaliyyət göstərən idarələrin bir- birinə birləşdirilməsi işçilərin kütləvi ixtisar edilməsi məsələsini gündəmə gətirir.

Bununla bağlı “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxlanıb. O bildirib ki, həmin müəssisələrin yeni strukturu hazırlanacaq: “Bundan sonra ştat cədvəli təsdiqlənəcək. Daha sonra işçilərin işə qəbulu prosesinə başlanılacaq. Çalışacağıq ki, işçilər öz işlərini itirməsinlər. Əvvəl iki mühasibətlıq var idi, indi isə bir mühasibatlıq olacaq. Əgər kimsə kənarda qalsa, digər müəssisələrdə onlar üçün iş təklif edəcəyik. 30 -a yaxın rayon su kanal idarələrimiz fəaliyyət göstərir. Onlarda vakansiya elan edəcəyik ki, işçilər işsiz qalmasın. Qeyd edim ki, idarəetmənin optimallaşdırılması məqsədilə idarələrin birləşdirilməsinə qərar verilib”. Qafqazinfo.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024