Mobil versiya
Sergey Lebedev: "AMİ "Trend" postsovet məkanında aktual məsələləri əhatə edən ən yaxşı agentliklərdən biridir"
Tarix: 17-10-2016 | Saat: 21:30
Bölmə:Siyasət | çapa göndər

Sergey Lebedev: "AMİ "Trend" postsovet məkanında aktual məsələləri əhatə edən ən yaxşı agentliklərdən biridir"







Bu gün Moskvada "Rusiya və MDB-nin milli mətbuatı: tale və məkanlarla bağlı" adlı konfrans işə başlayıb.

Aia.az məlumatına görə, MDB-nin 25 illiyinə həsr olunmuş forumda birlik ölkələrindən məşhur jurnalistlər, baş redaktorlar, iqtisadiyyat, mədəniyyət, siyasət sahəsində mütəxəssislər, hökumət və biznes nümayəndələri iştirak edib.

İki günlük konfrans müddətində iştirakçılar jurnalistlərin hüquqlarının qorunması, medianın aktual problemləri, eləcə də MDB məkanında mətbuatın inkişafı məsələlərini müzakirə edəcəklər. Konfrans Moskva Jurnalistlər İttifaqı ilə MDB İcraiyyə Komitəsi və Rus Mətbuatının Ümumdünya Assosiasiyası tərəfindən təşkil olunub.

Konfransı giriş nitqi ilə MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev açıb. O qeyd edib ki, bu gün MDB ölkələrinin media məkanında qarşılıqlı əməkdaşlığa real tələbat var və bugünki konfrans da bir çox məsələlərdə əməkdaşlığın genişləndirilməsinə xidmət edir. S.Lebedev Trend Beynəlxalq İnformasiya Agentliyinin rolunu xüsusi qeyd edərək onu MDB ölkələrinin fəaliyyətini əhatə edən ən yaxşı KİV-lərdən biri adlandırıb.

Aia.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024