Mobil versiya
"Nardaran işi" məhkəməsində "ayaqqabı davası"
Tarix: 14-10-2016 | Saat: 19:56
Bölmə:Aia TV | çapa göndər

"Nardaran işi" məhkəməsində "ayaqqabı davası"






Günün ikinci yarısında davam edən prosesdə ifadə verən Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşı İbrahim Kazımov təqsirləndirilən şəxslərin suallarını cavablandırıb.

İ.Kazımov ifadə verən zaman T.Bağırovun tərəfdarları prosesdə səs-küy salıblar. Həm həbsdə olanlar, həm də zalda onlar "Allahu Əkbər" deyərək qışqırıblar. Məhkumlardan biri şahidə ayaqqabı atıb.

Proses oktyabrın 17-də davam edəcək.

----------

14:55

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə Nardaran hadisələrinə görə həbs edilən "Müsəlman birliyi" adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

Aia.Az Trend-ə istinadən bildirir ki, prosesdə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Nəsib Əsədullayev şahid qismində ifadə verərək bildirib ki, ötən il noyabrın 5-də bir qrup şəxs Sabunçu RPİ-nin qarşısına toplaşaraq Elçin Qasımovun azadlığa buraxılmasını tələb edib: "Hadisə yerinə getdik. 100-150 nəfər olardı. Onlar Elçin Qasımovun azad edilməsi üçün şüarlar səsləndirirdilər. Daş parçaları atırdılar. Heç bir xəsarət almamışam".

İdarənin digər əməkdaşı Anar İbrahimov isə hadisə nəticəsində xəsarət aldığını bildirib: "Hadisə yerində 140-150 nəfər olardı. Ərazidə daş yox idi. Daşı onlar özləri ilə gətirmişdilər. Rasiya və dəyənəyimi itirdim. Mənə daş dəydi".

Proses günün ikinci yarısında davam etdiriləcək.

Qeyd edək ki, T.Bağırov və təşkilatın digər üzvləri Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar. Həmin şəxslər ötən il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar.

F.Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024