Mobil versiya
“Əli və Nino” PULSUZ NÜMAYIŞ OLUNACAQ / VİDEO
Tarix: 11-10-2016 | Saat: 15:02
Bölmə:Gündəm | çapa göndər




Gəncə sakinləri üçün “CinemaPlus” kinoteatrında “Əli və Nino” filminin pulsuz nümayişi olacaq.
Əsas çəkilişləri Gəncədə körpüdə çəkilmiş “Əli və Nino” filminə hədiyyə bilet aksiyası keçirir. Film azərbaycan dilində nümayiş olunacaq.
Aksiya noyabr ayının 1-dək etibarlıdır və həftənin bazar ertəsindən cümə axşamınadək keçirilir. Hədiyyə biletlərdən aşağıda qeyd olunan tamaşaçılar yararlana biləcəklər: dövlət qulluqçuları (müəllimlər, həkimlər və s.), hərbiçilər, tələbələr, 50 yaşdan yuxarı tamaşaçılar, məhdud fiziki imkanlı insanlar.
“Əli və Nino” filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri – Kris Tikye, rejissor – BAFTA mükafatını qazanmış Asif Kapadia, ssenari müəllifi - Academy Award mükafatı laureatı Kristofer Hemptondur.
Qurban Səidin eyni adlı romanı - dünya bestselleri əsasında ekranlaşdırılmış film XX əsrin əvvəllərində Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsi və fərqli dinlərə mənsub iki gəncin məhəbbəti haqqında danışır. Film 2015-ci ildə çəkilmişdir. Çəkilişlər Bakıda – tarixi Köhnə şəhərin küçələrində və paytaxtın müxtəlif yerlərində, həmçinin Qobustan, Xınalıq və başqa yerlərdə aparılmışdır.
Filmdə Adam Bakri, Mariya Valverde, Xalit Ergenc, Mendi Petinkin, Koni Nilson, Rikkardo Skamarçio, Humayon Erşardi, Fəxrəddin Manafov, Assaad Buab, Numan Akar və başqa məşhur aktyorlar çəkilib.

[media=https://youtu.be/qMnArGTqb90]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024