Mobil versiya
Putinin İrəvan üçün yeni SSENARİSİ
Tarix: 11-10-2016, 14:57 | Saat: 15:47:00
Bölmə:Manşet | çapa göndər

Putinin İrəvan üçün yeni SSENARİSİ

Sarkisyanın yaxın ətrafı yeni partiya yaradır – Putinin İrəvan üçün yeni SSENARİSİ
Ermənistanda prezident aparatının sədr müavini Viktor Dallakyan vəzifəsindən istefa verib.

V. Dallakyanın yeni partiya yaradacağı haqda məlumatlar var. Onun “aktiv siyasətə qoşulacam” deməsi də bunu deməyə əsas verir.

Dallakyan vaxtilə müxalifətdə olan “Ədalət” partiyasının sədri olub. Sonra o, hakim Respublika Partiyasına keçib və parlamentin deputatı olub. Daha sonra yüksək postda təmsil olunub.

Onun hakim partiyadan istefa verərək “İnkişaf naminə dönüş” adlı yeni partiya yaradacağı deyilirdi.

Dallakyanın vəzifəsindən istefa verməsi və “aktiv siyasətlə” məşğul olacağını deməsi bu məlumatları doğrulayır.

Yeni yaranacaq partiya Rusiya tərəfindən maliyyələşəcək. Məlumatlara görə, partiyaya informasiya dəstəyi vermək üçün “politinfo.am” saytı yaradılacaq. Sayt yaxın günlərdə fəaliyyətə başlayacaq.

Ən maraqlı məqam isə keçmiş müdafiə naziri Seyran Ohanyanın Dallakyanın partiyasına sədrlik etməsi haqda deyilənlərdir.

Məlumatlara görə, Dallakyan Ohanyana belə bir təklif verib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) baş katib getməkdən imtina edən Ohanyanın bu təklifi qəbul etdiyi deyilir.

Kulislərdə gəzən söhbətlərə görə, Sarkisyanın vəzifədən çıxardığı şəxslər Ohanyanın liderliyi altında birləşirlər.

Rusiyanın Ermənistanda Sarkisyana müxalif olan partiyaya dəstək verməsi də suallar yaradır.

“Lragir” saytı yazır ki, Putin Ermənistan siyasətini yeniləyir. Hansı ki, aprel müharibəsindən sonra Ermənistandakı proseslər Kremlin ürəyincə olmadı.

“Ermənistan Rusiyanın forpostu rolunu oynayır. Lakin görünür Kreml əlavə variantlar da hazırlayır. Əgər hakimiyyət yanlış yol tutarsa, onun yerinə gələ biləcək güc də Putinin əlində olmalıdır”, - deyə sayt qeyd edib.



5474 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031