Mobil versiya
Neftin qiyməti birillik maksimuma çatdı
Tarix: 10-10-2016, 18:28 | Saat: 15:47:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Neftin qiyməti birillik maksimuma çatdı

Bu gün beynəlxalq birjalarda Brent markalı neftin qiyməti 2,5% artaraq 53 dollar/barel həddini ötüb.

Buna səbəb İstanbulda keçirilən Beynəlxalq Enerji Forumunda neft hasilatçısı olan ölkələrin rəsmiləri tərəfindən hasilatın azaldılması ilə bağlı səsləndirilən müsbət açıqlamalar olub.

Forumdan verilən xəbərlərə əsasən, oktyabrın 12-də forum çərçivəsində keçiriləcək çoxtərəfli görüşlərdə hasilatın azaldılması və yeni neft hasilatçısı ölkələr alyansının yaradılması qərarı müzalkirə oluna bilər.

Qeyd edək ki, bununla da neftin qiyməti son bir ilin maksimal səviyyyəsinə yüksəlib. Belə ki, ötən ilin oktyabrın 12-də Brent markalı neft 53,31 dollar/barelə satılıb. Neft qiymətlərinin 55 dollar/barelə qədər artması gözlənilir.



5395 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-11-2019
14-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930