Mobil versiya
Mesajları oxuyub cavab vermək istəməyənlər üçün – ÜSULLAR
Tarix: 10-10-2016 | Saat: 16:54
Bölmə:Şou-biznes | çapa göndər



Bəzən bizə göndərilən mesajlara ya cavab vermək istəmirik, ya da sadəcə cavab vermək üçün söz axtararkən qarşı tərəf sizin onun mesajını görüb cavablandırmadığınız üçün “sinir krizi” keçirir.

Təbii ki, bu da tərəflər arasında haqlı narazılığa səbəb olur.

Hər nə qədər sosial vasitələr işimizi asanlaşdırsa da, belə məsələlərə görə də bir çox hallarda problemimiz də az olmur. Bütün bu narahatlıqdan azad olmağın çox asan üsulu mövcuddur. Bu yazıda sizi bu problemdən azad edəcək “oxunmadı” xüsusiyyətini necə aktiv etmək haqda danışacam.
“Facebook Messenger”

“Facebook”un oxundu bildirişini bağlamaq üçün müəyyən olunmuş bir seçim mövcud olmadığı üçün bir qədər qarmaşıq şeylər tətbiq etməyiniz lazımdır.

İlk olaraq kompüterdə “Chrome” istifadə edirsinizsə, burdakı plagini yüklədikdən sonra ünvan işarəsinin sağında çıxan simvola sağ klik edərək “Block the seen feature of the chat” seçimini işarətləməyiniz kifayətdir. Təəssüf ki, telefonda “Facebook Messenger” üçün bu xüsusiyyəti əngəlləmək mümkün deyil.

iOS Mesajlaşma



iOS üçün bu xüsusiyyəti aktiv hala gətirmək çox daha asandır. Tənzimləmələrdən Mesajlar menyusuna girərək ordakı “Oxundu bildirişini göndər” seçiminin işarətli olmadığından əmin olmağınız yetərlidir.

“WhatsApp”



“WhatsApp”da asanlıqla bu xüsusiyyəti bağlayıb mavi işarələrdən can qurtarmağınız olduqca asandır. Tətbiqi açıb sağ küncdəki üç nöqtəyə, ya da telefonunuzun Menyu seçiminə klik etdikdə Tətbiqlərə girib ordan Hesab, daha sonra Gizlilik seçərək qarşınıza çıxan seçimlərdə Oxundu bildirişlərinin işarətini qaldıraraq mavi işarətlənməni aradan qaldıra bilərsiniz.

Belə olan halda mesajları oxusanız belə, oxundu kimi görünməyəcək, amma bizim sizə məsləhətimiz qısaca da olsa, qarşı tərəfə hörmət əlaməti olaraq öz vəziyyətiniz haqda məlumat verməyinizdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə