Mobil versiya
MTRŞ: Bəzi serialların az qala yarısı gizli-açıq reklamdır
Tarix: 10-10-2016 | Saat: 16:51
Bölmə:Gündəm | çapa göndər



“Bəzi kanallar reklam xarakterli süjetləri adi xəbər kimi yayımlamaqla onun reklam mahiyyətini gizlətməyə çalışırlar. Bu da yolverilməzdir”.

Bunu Report-a açıqlamasında Milli Televiziya və Radio Şurasının şöbə müdiri Təvəkkül Dadaşov deyib.

Şura təmsilçisi vurğulayıb ki, bu, gizli reklam problemini aktuallaşdırır:

“Bu, həm də manipulyasiyadır. Monitorinqlər göstərir ki, həmin reklam materialını yayımlamaq üçün kanalın normal saatlarda kifayət qədər limiti var. Xəbər buraxılışlarında məhəllə səviyyəsində - adi bir mağazanın, çayxananın, lap supermarketin reklam edilməsi ciddi və baxımlı kanala yaraşmaz”.

T.Dadaşovun sözlərinə görə, kommersiya kanallarının fəaliyyəti üçün qazanc əldə etmələri anlaşılandır və qanun buna imkan verir:

“Qanun hər saatın 12 dəqiqəsini reklama həsr etməyə icazə verir. Həmçinin, gün ərzində əlavə teleticarət blokları yayımlamağa da icazə verilir. Bəzən görürsən ki, serial arasındakı fasilədə cəmi 2-3 dəqiqəlik reklam bloku yayımlanır. Amma serialın az qala yarısı “gizli” reklamdır. Bu kimi hallar efirin kommersiyalaşmasına gətirib çıxarır”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024