Mobil versiya
Arzu Əliyeva ailəsi ilə yarış izlədi - FOTOLAR
Tarix: 10-10-2016 | Saat: 15:55
Bölmə:Manşet | çapa göndər



Yarışın qalibi adına “Angry Birds” komandası layiq görülüb.

Oktyabrın 9-da Bakıda Heydər Əliyev Mərkəzinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə “Red Bull Soapbox” yarışı keçirilib.

Yarışı izləyənlər arasında Arzu Əliyeva və ailə üzvləri də olub.

Yarışın qalibi adına “Angry Birds” komandası layiq görülüb. “Aviators” komandası ikinci, “Bull & Co” isə üçüncü yeri tutub.

Münsiflər heyətinə Azərbaycanın şou-biznes və incəsənət aləminin tanınmış simalarının daxil olduğu yarışda iştirakçılar yaradıcılıq və startdan öncə qurduqları səhnəciklər əsasında qiymətləndirilib. Digər bir meyar isə arabanın finişədək bütün maneələri dəf edərək çatdığı vaxt olub.

“Red Bull Soapbox” yarışları bütün dünyada şəhər yollarında keçirilir və komandalar yerli həvəskarlardan təşkil olunur. Yarışda 44 komanda öz dördtəkərli arabaları ilə iştirak edir. Arabalar heç bir texniki vasitə olmadan, yalnız insanın fiziki qüvvəsi ilə hərəkətə gətirilir.

İlk “Red Bull Soapbox” yarışı 2000-ci ildə Belçikada təşkil edilib.









Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024