Mobil versiya
Leyla Əliyeva müharibə və əmək əlillərinə baş çəkdi – FOTO
Tarix: 07-10-2016 | Saat: 12:07
Bölmə:Manşet | çapa göndər



Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatda olub.

Fonddan verilən məlumata görə, Leyla Əliyeva burada yaşayan ahıllarla görüşüb, onlarla söhbət edib.

Pansionatın sakinləri üçün musiqi proqramı təqdim olunub.

Qeyd edək ki, Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionat ötən əsrin 60-cı illərindən fəaliyyət göstərir. 2013-cü ildə pansionatda tikilmiş yeni korpus istifadəyə verilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mütəmadi olaraq bu pansionata baş çəkir, ahılların arzu və ehtiyacları ilə maraqlanır.

Heydər Əliyev Fondu uşaq evləri və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan şəxslərlə yanaşı, müntəzəm olaraq yaşlı insanların da problemlərini, sağlamlıqlarını diqqətdə saxlayır. Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatda yaşayan ahıllar müxtəlif səhiyyə ocaqlarında müayinə edilir, onlar üçün konsertlər, bayram şənlikləri təşkil olunur.









Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024