Mobil versiya
Gömrük rüsumlarının artırılması Gürcüstan məhsullarına təsir etməyəcək
Tarix: 07-10-2016 | Saat: 11:57
Bölmə:Gündəm | çapa göndər



Azərbaycanda idxala görə gömrük rüsumlarının artırılması Gürcüstanın istehsal etdiyi məhsullara təsir etməyəcək.

APA-ya istinadən xəbər veririk ki, bu barədə Gürcüstanın iqtisadiyyat nazirinin müavini Gennadi Arveledze bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi idxal ilə bağlı dəyişikliklərin Gürcüstana təsir etməyəcəyini təsdiqləyib.

“Biz Azərbaycanla azad ticarət haqqında ikitərəfli və çoxtərəfli saziş imzalamışıq. Buna görə, tariflərin artımı Gürcüstan mənşəli məhsulların istehsalına təsir etmir. Biz Azərbaycan tərəfi ilə bu barədə məsləhətləşmələr apardıq və onlar bizə bunu təsdiq etdilər”, - deyə Arveladze bildirib.

Xatırladaq ki, Azərbaycan iki il ərzində xaricdən daxil olan bəzi malların idxalına gömrük rüsumlarını artırıb. Qərar 2016-cı ilin noyabrında, dərc edildiyi gündən 30 gün sonra iki il müddətinə qüvvəyə minir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024