Mobil versiya
Azərbaycanda yol polisi “Range Rover”dəki ailəni ağır qəzadan xilas etdi – VİDEO
Tarix: 07-10-2016 | Saat: 11:50
Bölmə:Aia TV | çapa göndər



Dünən günorta saatlarında yol polisləri Bakı-Qazax yolunda yol qəzasının qarşısını alıblar.

Bu barədə sürücü Şirin Qasımov Avtosfer.az-a məlumat verib.

O bildirib ki, saat 11:30 radələrində Bakı-Qazax yolunun 240-cı km-də - Borsunlu-Dəlməmmədli yaşayış məntəqəsi ərazisində idarə etdiyi “Range Rover” markalı, 10 UE 040 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən sükan arxasında yuxulayıb.

Bu zaman onu 99 YP 889 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan yol polisləri saxlayıb:

“Mən həyat yoldaşımla birlikdə Qazax rayonu istiqamətində hərəkət edirdim. Özüm də hiss etmədən sükan arxasında mürgüləməyə başlamışam. Yol polisləri arxadan görüblər ki, maşın yolda sağa-sola gedir. Saxlatdılar. Özüm də etiraf etdim ki, sükan arxasında yuxulayırdım. Məni yol polisi postuna dəvət etdilər. “Zazalı postu” kimi tanınan yerə sürdüm. Orada əl-üzümü yumaq üçün yer göstərdilər. Sonra təklif etdilər ki, dincəlmək üçün otaq var. Mən bilmirdim.

Orada öyrəndim ki, yol polisi rəhbərliyinin göstərişi ilə sürücülərin yorğun olduğu zaman və yuxulayanda gəlib postlarda dincəlməsi üçün şərait yaradılıb. Mən postda bir az dincələndən sonra polislərə təşəkkür edib, yoluma davam etdim.

Ən çox qorxduğum o oldu ki, maşında tək deyildim, ailəm də yanımda idi. Bir qəza olsaydı, Allah bilir, nələr olardı. Mən yol polisləri ilə çox münasibətdə olmamışam. Qayda pozmuram, onlar da saxlamırlar. Bu gün gördüm ki, onlar həqiqətən insanların qeydinə qalırlar. Mənə qarşı çox yaxşı davrandılar, həyatımızı xilas etdilər”.

Məlumata görə, sürücünü saxlayan yol polisləri Baş Dövlət Yol Polisi İdarəsinin YPXA-nın 8-ci tağımının əməkdaşları olublar. Təqdim olunan videodan da göründüyü kimi, “Range Rover” markalı avtomobil yolda ziqzaqvarı hərəkət edir. Hətta yoldan kənara çıxaraq toz qaldırır.

Onların arxasınca gələn yol polisi əməkdaşları bunu gördükdə sürücünün sükan arxasında yuxuladığını və ya sərxoş olduğunu zənn edərək “saxla” işarəsi verirlər. Bundan sonra avtomobil dayanır və sürücüyə yaxınlaşan inspektor onunla söhbətdən sonra posta dəvət edir. Videoda sürücünün postda əl-üzünü yuduğu, bir qədər dincələndən sonra yoluna davam etdiyi da əksini tapıb.
[media=https://youtu.be/k1CDF6z8a9w]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024