Mobil versiya
Prezidentin mükafatlandırdığı 10 yaşlı Fidan kimdir? VİDEO FOTO
Tarix: 07-10-2016 | Saat: 10:42
Bölmə:Manşet | çapa göndər



Dünən Azərbaycan prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncama görə, Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adı düşən 3 nəfərdən biri Bakı şəhər T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Hüseynova Fidan Yaqub qızıdır.

10 yaşlı Fidan Azərbaycan mətbuatına o qədər də yad biri deyil. Belə ki, o, iki il əvvəl fransalı müğənni Lara Fabianın Bakı konsertində çıxış edib. Gənc istedad məşhur dünya ulduzu ilə “Je t’aime” mahnısını duet oxuyub.

F. Hüseynova bundan başqa Lara Fabianın İstanbuldakı konsertində çıxış edərək həmin mahnını yenidən duet şəklində ifa edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Fidan Azərbaycanda məşhur iş adamının qızıdır.

Balaca sənətçinin atası Yaqub Hüseynov "Bridge Group of Companies" şirkətlər qrupunun, “Bridge Plaza” biznes mərkəzinin (Azservice) və “Global Interiors Group” şirkətinin təsisçisidir.






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024