Mobil versiya
Prezident və xanımı ağac əkdilər
Tarix: 06-10-2016 | Saat: 16:37
Bölmə:Manşet | çapa göndər



Bakının Xətai rayonunda yeni yaradılan “Sevirəm” park kompleksinin açılışı olub.

“Qafqazinfo” xəbər verir ki, açılışda prezident İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər. Prezident və ailə üzvləri parkın rəmzi açılışını bildirən lenti kəsiblər. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov yeni yaradılan park kompleksi barədə dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, yeni park kompleksinin ümumi ərazisi 3,2 hektardır. Yaşıllaşdırma zamanı IDEA - Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq İctimai Birliyinin təşəbbüsü ilə parkda ağacəkmə kampaniyası keçirilib. Ərazidə 4 mindən artıq müxtəlif növ ağac, o cümlədən 30 illik Eldar şamı, 35 illik sərv, 12 illik tuya ağacları əkilib.

Prezident və ailə üzvləri yeni park kompleksində ağac əkiblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə