Mobil versiya
Gülənə və PKK-ya işləyən telekanal belə bağlandı - VİDEO - FOTO
Tarix: 06-10-2016 | Saat: 14:25
Bölmə:Gündəm | çapa göndər



Türkiyədə qüvvədə olan fövqəladə hal rejiminin tələblərini kobud şəkildə pozduğuna görə fəaliyyəti dayandırılan telekanallar arasında İMC TV də var.

Kürdlərin terror təşkilatı olan PKK və eyni zamanda Fətullah Gülənin "Hizmet" hərəkatı ilə çox sıx əlaqələri olan telekanalın "Gündəm" proqramı canlı yayımda olarkən studiyaya gələn polislərlə Türkiyə Ali Radioteleviziya Şurasının (RTÜK) əməkdaşları telekanalı qapadıblar.

Milli.Az AA-ya istinadən bildirir ki, İMC TV-nin bütün avadanlıqları TRT-yə veriləcək.

Türkiyədə uğursuz hərbi çevriliş cəhdindən sonra fövqəladə hal rejimi tətbiq olunub. FETÖ ilə əlaqələrə görə 3 xəbər agentliyi, 16 telekanal və 23 radiostansiya qapadılıb.

[media=https://youtu.be/ARdFDzZfIsY]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024