Mobil versiya
Dünyanın ən uzun “Limuzin”i 30 ildən sonra - VİDEO
Tarix: 06-10-2016 | Saat: 12:11
Bölmə:Media | çapa göndər


Avtodizayner Cey Orberq Hollivud çəkilişləri üçün düzəltdiyi arzuların maşını

1980-ci ildə tanınmış avtodizayner Cey Orberq məxsusi olaraq Hollivud çəkilişləri üçün arzuların maşınını düzəltdi. 30 yaşlı “gözəlçə” uzunluğuna görə hələ də “Ginnesin rekordlar kitabı”nda liderliyini qoruyur.

30 ildən çox vaxt ötsə də, “American Dream” adlı limuzin hələ də ölçülərinə və görünüşünə görə, digər avtomobilləri kölgədə qoyur. 26 təkərli maşının uzunluğu 30.5 metrdir. Hollivud çəkilişləri üçün ərsəyə gəlsə də, bütün lazımi detallarla təchiz olunan limuzin həm də normal nəqliyyat vasitəsidir.

Limuzinin içində cakuzi və hovuz var. Hələ bu harasıdır? Maşın həmçinin günəş vannası, ikinəfərlik yataq çarpayısı və hətta kiçik vertolyotların düşməsi uçun meydançayla təchiz olunub.

2012-ci ildə limuzinin istismara yararsız halda olduğu haqda xəbərlər yayıldı. 2014-cü ildə Nyu-York muzeylərindən biri “Ginnes”in rekordçusunu aldı və hazırda bərpa işləri aparılır. Yaxın zamanda dünyanın ən uzun avtomobili yenidən öz gözəlliyi ilə maşın həvəskarlarını valeh edəcək.

[media=https://youtu.be/Vq02iiYOUzg]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024