Mobil versiya
Lahıcdakı həşəratlar haqda açıqlama - “Yırtıcıdır...”
Tarix: 06-10-2016 | Saat: 11:26
Bölmə:Cəmiyyət | çapa göndər



Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidməti Lahıc qəsəbəsində baş verən həşərat basqını ilə bağlı açıqlama yayıb.

Son günlərdə qəsəbədə kütləvi müşahidə olunan həşərat karabid böcəklər fəsiləsinə aid kürəni Leystus (Leistus terminatus Hell.) böcək növüdür.

Xidmətin Karantin Ekpertiza Mərkəzinin direktor əvəzi Taleh Şəmiyev bildirib ki, bu böcəklərin bədən uzunluğu 3,5–6 mm, bədənin döş və qarıncıq hissələri qırmızımtıl-qəhvəyi, baş hissəsi isə qara rənglidir: “Onlara otlu çalılıqlarda, mamır üzərində, kolluqlar və digər kölgəli və nəmli yerlərdə, daşların altında, qopmuş qabıq üzərində rast gəlinir. Əsasən alatoran vaxları aktivlik yüksək olur. Ədəbiyyat məlumatlarına görə, bu böcəklər termal su sahələri ətrafında daha sıx toplanırlar”.

Onun sözlərinə görə, növün biologiyası haqqında məlumatlar az olsa da, böcək zoofaq və stratobiont (torpaq üzərində bitki qalıqlarının çürüntüləri altında) qidalanma tərzinə malik yırtıcıdır: “Əsasən (Kolembola) kiçik həşaratlarla qidalanırlar. Təbiətdə həşaratlar arasında az rast gəlinən, qışı aktiv keçirmək qabiliyətinə malikdirlər. Hazırda müşahidə olunan kütləvi çoxalmalarının səbəbini müəyyənləşdirmək üçün isə bu bölgədə ətraflı araşdırma aparılmalıdır".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə