Mobil versiya
Prezidentin ailəsi film təqdimatında - Fotolar
Tarix: 06-10-2016 | Saat: 11:25
Bölmə:Manşet | çapa göndər



Oktyabrın 5-də Heydər Əliyev Mərkəzində "Əli və Nino" filminin premyerası olub.

“Qafqazinfo” xəbər verir ki, yazıçı Qurban Səidin dünyada bestseller olan eyniadlı romanı əsasında çəkilən filmin premyerasında ekran əsərinin yaradıcı heyəti də iştirak edib. Premyera filmdə rol almış məşhur aktyorların qırmızı xalı üzərindən keçidi ilə başlayıb.

Filmin təqdimat mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, layihənin rəhbəri və icraçı prodüseri Leyla Əliyeva iştirak ediblər.

Film Azərbaycanda oktyabrın 6-dan başlayaraq "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

Ekran əsəri Azərbaycan və ingilis dillərindədir.







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024