Mobil versiya
Balakən Rayon Talalar kəndində Varisin Evi Talandı
Tarix: 22-11-2016 | Saat: 12:13
Bölmə:Seçilənlər-6 | çapa göndər



Vətəndaşlar arasında yaranan mülki mübahisələr arasında vərəsəliklə bağlı yaranan mübahisələrin sayı yetərincədir. Vərəsəlik, praktik həyatımızda milli-dini mənsubiyyətimizdən dolayı ("camaat nə deyər", "deyərlər ki, ata mülkünü bölüşə bilmirlər", "miras üçün dava edirlər" və sair fikir və ifadələr) müzakirə olunmayan, necə deyərlər, "efirə çıxmayan", haqsızlıq və ədalətsizliklərin çox olduğu bir hüquq sahəsi, bu səbəbdən də daha ciddi nizamlanmağa və yenilənməyə ehtiyacı olan bir hüquq bölümüdür. Kəndin mərhum sakini, 2015-ci ilin əvvəlində dünyasını dəyişmiş Qarayev Əsməndər Vəli oğlunun Bakıda yaşayan qızı bir ay öncə xəbər tutub ki, atasının ona vəsiyyət etdiyi evdən oğurluq edilib. Oğurluğu edən onun analığı Mehdiyeva Dilbər Təhmiraz qızı, buna şərait yaradan isə varisin qardaşı Fərhaddır.(Məlumata görə varisin qardaşı Fərhad və həyat yoldaşı Məlahətin varisin payını mənimsəmək niyətləri baş tutmadığı üçün Dilbərdə bu fikirləri yaratmış və məhz ona görə də oğurluğa şərait yaratmışlar) Dilbər Mehdiyeva Əsməndər Qarayevin ikinci arvadı olub, lakin kişini ölümündən 2 il öncə xəstə vəziyyətdə qoyub ana evinə getmiş və geri qayıtmamışdır. Keçmiş ərinin evində yaşamaya-yaşamaya əvvəllər də əşyaları aparmağa cəhd edib. Ancaq varis xanımın qonşuluqda yaşayan bacısı buna imkan verməyib, aralarında sözlü mübahisə düşüb və Dilbərin şikayəti ilə insident polisdə qeydiyyata alınıb. Qəribədir ki, Rayon Polis Şöbəsində D. Mehdiyevanı haqlı çıxarmağa çalışıblar və o, bu dəstəyə arxalanaraq növbəti dəfə əşyaları aparmağa artıq tam hazırlıqlı vəziyyətdə, yük maşını ilə gəlib. Əşyaları evdən "Qazel"ə daşımağa Fərhad Qarayev də kömək edib. Xanım varis onun iştirakı olmadan atasının ona miras qoyduğu evdən əşyaların aparılması barədə ilk dəfə Balakən rayonunun Talalar kənd icra nümayəndəsinə və Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq məlumat verib. Nümayəndəliyin sədri Məhəmməd müəllim də bu hadisəyə məhz oğurluq kimi hüquqi qiymət verilməsinin vacibliyini təsdiqləyib. Oğurluq hadisəsindən qabaq olanlar haqqında xanım varis Baş Prokurorluğa şikayət edib. O, həmçinin bildirib ki, aparılan əşyalar şəxsən onun özünün pulu ilə aldığı məişət əşyaları olub, özünə məxsus olub. Bütün kənd bilir ki, qızı Əsməndər kişiyə qayğı və diqqətini əsirgəməyib, bir neçə il ona qulluq edib, aparıb Bakıda kirayədə qaldığı evdə saxlayıb, səhhət durumu ağır olanda həkimə göstərib, dəfnində də əsas yükü öz çiyninə götürüb. Ə. Qarayev hələ sağlığında 2005-ci ildə yerli bələdiyyədə qeydə alınan vəsiyyətnamədə qızını özünə yeganə varis seçib. Hətta analığı Dilbər də bu qərarın lehinə olduğunu 2010-cu ildə sənədlə rəsmiləşdirib. Ümidvarıq ki, məsələyə Balakən rayon rəhbərliyi də biganə qalmayacaq və aparılan əşyaların geri alınaraq sahibinə qaytarılması üçün köməkliyini əsirgəməyəcək.Varis əvvəlcədən təşəkkürünü əks halda isə Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevə müraciət edəcəyini bildirir.
Mövzuya qayıdacağıq.
Kənan Məmmədzadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024