Mobil versiya
Azərbaycanda daha bir bank müflis elan edildi
Tarix: 04-10-2016 | Saat: 13:37
Bölmə:İqtisadiyyat | çapa göndər



Ləğvetmə prosesində olan "Zaminbank" ASC məhkəmə qərarı əsasında müflis elan edilib.

Bu barədə bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov keçirdiyi mətbuat konfrasında deyib.

Onun sözlərinə görə, bank müflis olmazdan əvvəl onun nizamnamə kapitalında 1,7 mln. manatlıq pay sahibi olduğu "Başak İnam Sığorta" ASC-nin digər səhmdarlarına həmin məbləği şirkətin "Zaminbank"dakı hesabında olan eyni məbləğlə əvəzləşdirmək təklif olunub.

"Amma bankın öhdəliklərinin yerinə yetirilməsini tezləşdirmək üçün onu müflis elan etdirdik və vəziyyət dəyişdi. İndi sığorta şirkəti həmin məbləği bizə məcburi ödəməlidir", - deyə A.Cavadov qeyd edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024