Mobil versiya
Bakıda məktəbdə dava düşdü: Şagird müəllimin gözünü çıxardı
Tarix: 03-10-2016 | Saat: 16:23
Bölmə:Cəmiyyət | çapa göndər




Paytaxtın Suraxanı rayonunda şagird müəllimlərə hücum edib və onlardan birinə xəsarət yetirib.

Hadisə bu gün saat 11:30 radələrində Hövsan qəsəbəsində yerləşən orta məktəblərdən birində dərsdən sonra baş verib.

İlkin məlumata görə, orta məktəb şagirlərindən biri müəllimlərə hücum edib. O, əlindəki alətlə Sevinc adlı müəllimin sifətinə xəsarət yetirib.

Qəsəbə sakinlərindən birinin əməkdaşımıza verdiyi xəbərə görə, müəllimin gözü zədələnib və o, xəstəxanaya aparılıb.

Sakinlərin sözlərinə görə, şagird bundan sonra digər müəllimlərə də hücum edib.

Qeyd edək ki, hadisəni törətmiş şagird saxlanılıb. Onun ruhi xəstə olduğu bildirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024