Mobil versiya
Hakimiyyət deyil, korrupsiya maşınıdır...
Tarix: 30-09-2016 | Saat: 15:15
Bölmə:Manşet | çapa göndər



Büdcənin 30 faizi dövlət satınalmalarına, yəni ayrı-ayrı dövlət strukturların öz ehtiyacları üçün sifariş verdiyi mal və xidmətlərə xərclənir. Ancaq araşdırmalar göstərir ki, bu sifarişlər bir qayda olaraq eyni şirkətlərə verilir, özü də heç bir tender keçirilmədən. Keçmiş sovet respublikalarının əksəriyyəti üçün xas olan bu korrupsiya təzahürü Ermənistan kimi yoxsul ölkədə özünü göstərəndə bunun nəticələri daha səs-küylü olur...

Ermənistanın onsuz da yoxsul büdcəsinin məmurlar tərəfindən dövlət satınalmaları yolu ilə necə talandığına dair faktlar açıqlanıb. Bu gün “Transparensy İnternational” beynəlxalq şəffaflıq təşkilatının İrəvan ofisi Ermənistanda dövlət satınalmaları sahəsində hökm sürən korrupsiya ilə bağlı hesabatını təqdim edib. Hesabatdan məlum olub ki, büdcənin 30 faizi dövlət satınalmalarına xərclənir, ancaq bu satınalmaların 70 faizi isə həmişə eyni şirkətlərə sifariş verilir.

Hesabata görə, məsələn, Maliyyə Nazirliyi mal və xidmətlərə dair bütün sifarişləri eyni şirkətə - “Saakianshin” şirkətinə verir. İstintaq Komitəsi isə həmişə “Agat 777” şirkətindən alır. Burda təsadüfilik yoxdur. Məsələn, İstintaq Komitəsinin sifarişləri verdiyi “Agat 777”-nin təsisçisi Aqvan Karapetyandır. O, həm də “Nig-Aparan” həmyerlilər ittifaqının rəyasət heyətinə daxildir, o rəyasət heyətinin sədri isə İstintaq Komitəsinin rəhbərti Aqvan Ovsepyandır.

“Transparency İnternational” təşkilatının dövlət satınalmaları üzrə eksperti Artak Manukyan deyir: “Bizim müşahidələr göstərir ki, bazar bölünüb. 168 şirkət satınalmalar bazarının 90 faizinə sahibdir. Əgər bazarda yeni oyunçu peyda olsa, o,yalnız 10 min dramlıq qələm alma sifarişlərini və başqa belə əhəmiyyətysiz sifarişləri almaq üçün ortaya çıxa bilər”.

Hesabata əsasən dövlət satınalmaları sahəsində ciddi korrupsiya hökm sürür və məmurlar dövlət ehtiyacları üçün sifarişləri öz adamlarının adlarına açılmış şirkətlərə sifariş verərək pulların bir hissəsini “otkat” şəklində geri alırlar. Bu günlərdə Ermənistanın yeni baş naziri Karen Karapetyan məmurlar üçün aviabilet sifarişlərinin mexanizmini “adi oğurluq” kimi qiymətləndirib. “Transparensy İnternational”ın hesabatının açıqlanmasından sonra baş nazir hökumətin iclasında deyib ki, dövlət satınalmaları mexanizmini dəyişdirmək lazımdır...



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024