Mobil versiya
Zorlanmış 15 yaşlı qızın anası: "Onu kim alacaq?!" - FOTO
Tarix: 30-09-2016 | Saat: 13:40
Bölmə:Cəmiyyət | çapa göndər



Hindistanın şimalındakı Haryana bölgəsində yaşayan ana belə deyir. Onun 15 yaşlı qızı oxuduğu məktəbdə təcavüzə məruz qalıb. Qızı zorlayan məktəbin son siniflərdən birində oxuyan iki oğlandı.

Qız polisdə verdiyi ifadəsində bildirib: "O oğlanlar döyərək məni sinifə saldılar. Dərslər qurtarmışdı, məktəbdə adam az idi. Sinifin qapısını içəridən bağladılar. Məni partaya yıxdılar və zorlamağa başladılar. Ağzımı bağlamışdılar ki, qışqıra bilməyim. Bir saat əzab verdilər. Sonra dedilər ki, bir adama desəm, başımı kəsəcəklər".

15 yaşlı qız başına gələnlər haqda valideynlərinə heç nə deməyib. Aylar keçəndən sonra onun qarnında kəskin ağrılar başlayıb və anası qızını həkimə aparıb.

Müayinədə qızın hamilə qaldığı bəlli olub. Daha doğrusu, 15 yaşlı qız hamiləliyin 31-ci həftəsində idi.

Qızın anası ağlayır: "Balamı bədbəxt etdilər. İnsanlar onun başına gələnləri bilsələr, küçəyə çıxa bilməyəcək, işə düzələ bilməyəcək. Qızım bundan sonra necə yaşayacaq, onunla kim evlənəcək?! Amma biz onu tək qoymayacağıq. Yaramazların cəzalanması üçün əlimizdən gələni edəcəyik".

Ananın dediyinə görə, qızı məktəbi bitirəndən sonra universitetə daxil olmaq, həkim olmaq istəyirdi. İndi də qız saatlarla mütailə edir, imtahanlara hazırlaşır.

Kiçik Bhayvani kəndində yaşayan qız mart ayında başınıa gətirilən fəlakətin şokundan qurtulmağa çalışır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə