Mobil versiya
"Öləcəm" dedi, toy günü həyatını itirdi - Bakıda toyda bədbəxt hadisə
Tarix: 29-09-2016 | Saat: 14:42
Bölmə:Cəmiyyət | çapa göndər



Bakıda şadlıq evində bədbəxt olay baş verib.

Hadisə Bakıda yerləşən şadlıq evlərindən birində, toy mərasimi keçirilən zaman yaşanıb.

Məclisin sonlarına yaxın qonaqlardan biri qəfldən ürək çatışmazlığından həyatını itirib. Bu barədə hadisə şahidləri məlumat verib. Hadisədən bir qədər sonra məclis davam edib.

Maraqlısı ondadır ki, dünyasını dəyişən şəxs öləcəyini toya gəlməmişdən əvvəl yaxınlarına söyləyib. Ona məclisə qatılmamağı məsləhət görüblər, lakin buna məhəl qoymayıb.

Qeyd edək ki, həmin şəxs sərbəst güləş üzrə mütəxəssis olub. Yaxınları onun adının çəkilməsini istəmədiyindən qeyd etməyi məqbul bilmədik.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024